STM-də yeni təyinat oldu

Çıraqov Elnur Vaqif oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 13-də bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elnur Çıraqov 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Digər Xəbərlər

“Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir - CANLI

Azərbaycan yenidən İsrailə müraciət edib

Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürdü

Böyük Qayıdışa dair layihələrinin hazırlanması ilə əlaqədar Komissiya yaradıldı

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur

DİN: Məişət səs-küyü ilə bağlı qaydanı təkrar pozanlar daha sərt cəzalandırılacaq

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir
