Suiti balalarında insanlara məxsus xüsusiyyət tapılıb
Körpə suitilər insanda olan unikal qabiliyyətə malikdir. Söhbət səsin tonunu dəyişmək bacarığından gedir.
Təcrübə Niderlandın “Sealcentre Pieterburen” Elm Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Onlar öz nəticələrini “Philosophical Transactions of the Royal Society” jurnalındakı məqalədə təqdim ediblər.
Tədqiqatçılar suitilərin yanında müxtəlif səviyyəli dəniz səslərini işə salıblar. Və görüblər ki, dalğaların səsi nə qədər yüksək olarsa, balaca suitilərin səs tonu bir o qədər aşağıdır. Alimlər qərara gəldilər ki, bu yolla heyvanlar səslərini elə tənzimləyirlər ki, böyük suitilər kənar səs-küyün arasından onları eşidə bilsinlər.
Mütəxəssislər qeyd edirlər ki, hətta meymunlar da səslərinin tonunu dəyişə bilmirlər. Əvvəllər yalnız insanın buna qadir olduğuna inanılırdı. İndi isə məlum oldu ki, suitilər də qırtlaqlarını idarə edə bilirlər.
Digər Xəbərlər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44


Bakı -°C

