Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

“Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur”.
Adalet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.
“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.
Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.
Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq".
"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib.
Digər Xəbərlər

Aİ Suriyaya yardım etmək qərarına gəldi

Peskov: Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır

Tramp husilərə görə İranı hədələyib: nəticələri çox ağır olacaq

Türkiyədə zəlzələ oldu

Ermənistan və Rusiya ticari-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək

Türkiyə Ermənistanla münasibətlərin inkişafı üçün şərtlərini açıqlayıb

Rusiya Ukraynanın itkilərini yenilədi
