adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 09:41
65
DÜNYA
A- A+

"Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp süni intellektin (Aİ) "çox ehtiyatlı" istifadəsinə çağırış edib. 

Adalet.az xəbər verir ki,  o, bunu Çinin Şencen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında çıxışı zamanı deyib. 

"Bu, demək olar ki, tamamilə bir nemətdir, amma bəzi mənfi cəhətləri də var. Buna görə də bu mənfi cəhətləri idarə etməkdə çox diqqətli olmalıyıq", - deyə Amerika lideri qeyd edib. 

O əlavə edib ki, ABŞ sənayeni "boğa" biləcək süni intellekt tənzimləməsinə qarşıdır.