Suriya hakimiyyəti Hələbə gedən bütün yolları bağlayıb
Suriya hakimiyyəti Hələb hava limanını, eləcə də şəhərə daxil olan bütün yolları bağlayıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsədin əsas müttəfiqlərindən biri olan Rusiya İslamçıların qarşısını almaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib, iki hərbi mənbə yeni texnikanın yaxın 72 saat ərzində gəlməyə başlayacağını bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən islamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib.
İdlib vilayətinin Saraqib şəhəri yaxınlığında da döyüşlər yenidən başlayıb. Üsyançılara 2017-ci ildə “Əl-Qaidə”dən ayrılmış “Həyat Təhrir əl-Şam” radikal qruplaşması rəhbərlik edir.
Suriyada vətəndaş müharibəsinin aktiv mərhələsi 2011-2016-cı illərdə baş verib.
Digər Xəbərlər
21 Yanvar 2026 13:58
Trampın 365 gündəki nailiyyətləri siyahısına Ermənistan-Azərbaycan arasında sülh də daxil edilib
21 Yanvar 2026 12:30
ABŞ Yaxın Şərqə qırıcı təyyarələrini göndərir
21 Yanvar 2026 12:08
Ərdoğan Trampa zəng etdi
21 Yanvar 2026 11:38


Bakı -°C

