Suriyadakı qarşıdurmanın arxasında bu ölkələr durur - Türkiyə
"Heyət Təhrir əl-Şam" yaraqlılarının (HTS) Suriyanın Hələb əyalətinə hücumu ABŞ və İsrail təşkil edib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti yazıb.
“İsrail Hizbullaha qarşı mübarizədə uğursuzluğa düçar olanda və atəşkəs qüvvəyə minəndə HTŞ qoşunları hərəkətə keçdi. Onlar xüsusilə Hizbullah üçün kritik marşrut olan Hələbi ələ keçirmək istəyirlər”, - KİV aydınlaşdırıb.
Nəşrə görə, silahlılar ABŞ və İsrailin maraqlarından çıxış edirlər.
"Vaşinqton məhz İDF-nin Hizbullaha qarşı mübarizədə uğursuzluğa düçar olduğu bir vaxtda “oynamağa başlayır”. Amerika tərəfinin məqsədi Hələb ətrafındakı bölgəni ələ keçirməkdir, çünki bu ərazidə məzhəblərarası qarşıdurmaların qızışdırılması Hizbullahın arxa cəbhəsinə zərər verəcək".
Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.
Digər Xəbərlər
28 Noyabr 2026 00:01
Məkkə Komitəsinin növbəti iclası Türkiyədə keçiriləcək - Hakan Fidan
27 Noyabr 2026 23:42
Rusiyada daha bir qruplaşma terrorçu təşkilatlar siyahısına salındı
27 Noyabr 2026 23:40
İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu
27 Noyabr 2026 23:00
Sumqayıtda zavodda partlayış oldu - VİDEO
27 Noyabr 2026 21:00
Gəmi qəzası ilə bağlı saxlanılan azərbaycanlılar həbs edildilər
27 Noyabr 2026 19:16
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
27 Noyabr 2026 15:39
Putin və Paşinyan nələri müzakirə edəcək?
27 Noyabr 2026 15:04


Bakı -°C

