Suriyadan 7 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ombudsman Suriyadan gətirilən 7 azərbaycanlının vəziyyətini nəzarətə götürüb.
Bu barədə Adalet.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, sentyabrın 17-də Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Azərbaycana gətirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.
Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb. Məsələ Ombudsmanın nəzarətində saxlanılır.
Digər Xəbərlər

Kritik informasiya infrastrukturunun təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsinin ilkin mərhələsi başa çatdı

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Prezident ailəsinin Nyu-Yorkdan - FOTOSU

İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM

Ötən ay keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiyası ilə bağlı 61 tədbir keçirilib

"Sahil" metrosunun yaxınlığında yeni stansiya tikiləcək

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
