adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 12:49
1354
MƏMLƏKƏT

Şuşada 32 il əvvəl itkin düşən şəhidlərimiz anıldı: "Tezliklə bir xəbər alacağımıza inanırıq"

8 may. 1992-ci il. Şuşanın işğalı. Azərbaycan tarixinin ən qara səhifələrindən biri... 28 il hər 8 mayda yaşamışıq bu utanc tarxini. Şuşamız əldən getmişdi, orada şəhidlərimiz qalmışdı, itkinlərimiz haqqında soraq yox idi.


Nəhayət düz 28 ildən sonra – 8 noyabr 2020-ci ildə Azərbaycanın igid oğulları əcaib divlərin, cinlərin tilsimini güclü silahları qırdı, yeri gələndə canları ilə qisasımızı vəhşi işğalçılardan aldı.
Amma 28 il yaşadıq o xəcalət, məğlubiyət, itki, şəhid acısını.
Hər il olduğu kimi bu il də 8 may- o dəhşətli və faciəvi günlər, anlar anıldı. Düzdür, bu dəfəki anım keçən dəfəkilər kimi xəcalət, göz yaşı, kədər saçmadı. Yalnızca hüzün vardı. O da hələ də nəşi tapılmayan itkin şəhidlərimizlə bağlı idi. Qarabaģ Itkin Ailələri İctimai Birliyinin təşəbbüsü ilə keçirilən bu anım mərasimində 8 may 1992 cü il Şuşa şəhəri uģrunda gedən döyüşlərdə itkin düşən hələdə taleləri haqqında heç bir məlumat olmayan yeddi itkin şəhidimizin anım ģünü İsmir restoranında baş tutdu.

Birliyin sədri Könül Behbudova həmin itkin şəhdilərimiz yaxınlarını, doğmalarını bir süfrə ətrafında yığıb onların dərdinə şərik olduğunu bildirdi. O, son 2 ildə nəşləri, daha doğrusu, cəsədlərinin qalıqları tapılaraq ailələrinə təhvil verilən şəhidlərin ruhu qarşısında, eyni zamanda o şəhidlərin yolunu 32 ildir gözləyən yaxınlarının, doğmalarının qarşısında baş əydiyini dedi. Dedi ki, ümid edirəm, digər mənim kimi qardaş yolu gözləyən, ata, oğul yolu gözləyənlər də tezliklə itkinlərinə qovuşacaqlar. 8 mayda Şuşanın işğalı zamanı döyüşərək şəhid olan igidlərimizin də bir gün xəbərini alarıq və onun anım, doğum günlərində qəbrini ziyarət edərik.


Beləliklə, oxucularımıza da itkin şəhidlərimizin adını xatırladırıq:


1. Hüseynov Ağası Rauf oğlu 21 noyabr, 1968 – 8 may 1992-ci il, itkin
2. Məmmədov Vahid Şahvələd oğlu 29 sentyabr,1961 - 8 may 1992-ci il itkin
3. Məmmədov Əhməd Mustafa oğlu, 1.aprel, 1952 - 8 may 1992-ci il , itkin
4. Musayev Əli Həsən oğlu, 5.may, 1950 - 8 may 1992-ci il, itkin
5. Abbasov Rəfail Sultan oglu, 10 iyun, 1968- 8 may 1992-ci il, itkin
6. Əliyev Əliyar Ferrux oqlu, 7 mart, 1961-8 may 1992-ci il, itkin
7. Əliyev Əbülfət Ferrux oqlu 20 yanvar, 1957 - 8 may 1992-ci il, itkin


Qeyd edək ki, tədbirdə iştirak edən itkin-şəhid ailəlir və bir sıra ictimai fəallar,  eyni zamanda media və dövlət qurumlarının nümayəndələri də iştirak edirdi.
Onlar da öz çıxışlarında Azad torpaqlarımızın, azad Şuşamızın bu günü üçün Azərbaycanın Ali Baş komandanına, Azərbaycan Ordusuna və Azərbaycan xalqına təşəkkürləri dilə gətirdilər.

 Tədbirin sonunda şəhidlərin adına ehsan sürəsi verildi.

 Əntiqə Rəşid