Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
Bu yaxınlarda Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda ermənilərin “ulu bulağımızın qədim yazısını sildilər”, -deyə hay-küy qopardıqları da qeyd olunur. Halbuki, əslində o yazıların yerində işğaldan əvvəl bulağı çəkdirən Səməd ağa Cavanşirin adı olub.
Ermənilərin 1992-ci ilin mayında Şuşanı işğal etdikdən sonra çəkdikləri videoda bulağın üzərində yazılar yazan erməni keşişini görmək mümkündür. Həmçinin, videoda ərəb əlifbasıyla yazılan kitabənin də yerində olduğu görünür.
Digər Xəbərlər
02 May 2024 17:40