02 Sentyabr 2023 16:39
947
MƏMLƏKƏT

Əllərinə nə gəldi parka atırlar

Bizim yaşadığımız 13 nömrəli bina Yeni Günəşli yaşayış sahəsinin"D" massivində yerləşir. Bir neçə il bundan əvvəl binamızın arxasında gözəl bir park salınıb. Bu parkda gözəl ağaclar, güllər, çiçəklər əkilib. Parkda oturacaqlar və üstü ortülü yerlər düzəldilib.

Bunlar hamısı çox gözəldir. Amma camaat burada səliqə-səhman əməl etmir, əllərinə nə keçir otların və ağacların  arasına atır. Orada yaşıllıqlar qulluq edən və suvarma bir oğlan var. Hər səhər ağaclara su verməmişdən öncə   yerə atılmıs  selefon torbaları, plasmas qabları və digər tullantıları təmizləyir.

İnsanlar isə öz bildiklərini eləyir, parkı yaman gûnə qoyurlar. Bəs bu nə vaxta qədər davam edəcək, bax onu bilmək olmur?!

 

Emil Faiqoğlu