Biz yolu keçə bilmirik
Piyadaların yol hərəkəti qaydalarına əməl etməsi əsas təhlükəsizlik tədbirlərindəndir.
Çünki piyadalar təyin olunmuş yerdən keçməyəndə, yeraltı və yerüstu keçidlərdən keçməyəndə qəzalar qaçılmaz olur. Bütün hallarda piyadalar hərəkət iştirakçısı hesab olunur və onlar yol ilə hərəkəti qaydalarına birmənalı əməl etməlidirlər. Amma təəssüf ki, əksər piyadalar mövcud qaydalar tez - tez pozur və həyatlarını təhlükəyə atırlar. Ona görə də Bakıda piyadavurma hallar 50 faizdən yüksəkdir.
Deməli, piyadalar yolu hardan gəldi keçməməli, işıqforun yaşıl işığında keçməlidir. Bununla yanaşı, piyada zolaqlarından istifadə edərkən avtomobilləri gözləməli, təhlükəsizliyə tam əmin olandan sonra yolu keçməyə çalışmalıdırlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

