Yumurtadan tük qırxanlar
Bizim çoxumuzun kənd yumurtasından xoşu gəlir, çünki bu yumurtalar fabrik yumurtalarından daha dadlı və keyfiyyətlidir!
Qış aylarında isə fabrik yumurtaları kimi, kənd yumurtalarının da qiyməti bahalaşır. Əgər yazda və yayda bu yumurtanın biri 15 qəpiyə satılırsa, qış- payız aylarında həmin yumurta 40 qəpikdən aşağı satışa çıxarılmır. Özü də kənddən bu yumurtanın birin 25-30 qəpiyə tapmaq olar.
Alverçilərsə onu gətirib, Bakıda 40 qəpiyə satırlar.Hələ bəzi işbazlar kənd yumurtasını lap baha- 50 qəpiyə camaata sırıyırlar! Aydındır ki, soyuq aylarda yumurta istehsalı dəfələrlə azalır. Bu qıtlıqdan istifadə edən alverçilərsə, yumurtadan tük qırxır, kefləri istədikləri kimi pul qazanırlar! Əziyyət çəkənlər qalır kənarda, müftə yeyənlər kef çəkirlər!!!
Emil Faiqoğlu