adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
26 Fevral 2024 18:41
4152
MARAQLI

İcra hakimiyyətlərindəki polis postları

İndi  hansı İcra hakimiyyətinin binasına gedirsən orada bir polis postunu görürsən, hətta bəzilərində bu post binanın həyətinə girən yerdə fəaliyyət göstətir. Heç nə başa düşmək olmur.  

Görəsən, İcra başçıları özlərini kimdən qoruyur?!  Məgər onların vəzifələri xalqa xidmət etmək  deyilmi?  Belə çıxır ki, onlar özlərini xalqdan quruyur! Ona görə də bir çox rayonlarda  vətəndaşlar  İcra başçılarının qəbuluna düşməkdə olmazın  çətinliklərlə üzləşirlər! Bəzi rayonlarda heç qəbulda düşə bilmirlər!

Bəyənmədiyiniz Sovet hökumətinin dövründə raykomun binasının qarşısında post olmazdı. Olsa- olsa  ən yaxsı halda  həmin qurumun növbətçi əməkdaşları olardı. Və onlar da qəbula gələnlər barədə  yuxarılara məlumat verərdi. Tay indiki kimi günlərlə qəbula durub gözləməzdilər. Ona  görə də İcra hakimiyyətlərindəki polis postları ləğv  olumaldır. Və qəbulu gələnlər heç  bir mane olmadan  , rahat İcra başçılarının  qəbuluna düşə  bilsinlər!

 

Emil Faiqoğlu