Dünya Qarabağlı: Ana nəsihəti
Boylanıb sağına,baxıb soluna,
Can verən bir ana dedi oğluna,
Söykənmə ağaca,çürüyər bir gün.
Güvənmə dağlara,əriyər bir gün.
İnsanlar sinənə çəkər dağ-düyün.
Güvən Allahına,o görər səni.
O qovar başından dumanı-çəni.
******
Pay böləndə haqq ilə böl özünə.
Haqq ilə böl sən oğluna-qızına.
Oğul da özünədi,qız da özünə.
Güvən Allahına,o görər səni.
O qovar başından dumanı-çəni.
******
Yaxşı ol ki,işıqlı olsun sabahın.
Yaxşı ol ki,qoy olmasın günahın.
Yaxşı ol ki,Allah olsun pənahın.
Güvən Allahına,o görər səni.
O qovar başından dumanı-çəni.
******
Lazım gəlsə kömək eylə birinə,
Dövlət yığma övladının yerinə,
Zaman gələr,işin düşər dərinə,
Güvən Allahına,o görər səni.
O qovar başından dumanı-çəni.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
23 Mart 2026 15:28
İşıqlı və iynəli şeirlər müəllifi Seyran Səxavət haqında - Sona Vəliyeva yazır
23 Mart 2026 15:24
De,necə olacaq sonu Dünyanın?
21 Mart 2026 10:53
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
19 Mart 2026 10:52


Bakı -°C

