Beş dəqiqə əvəzinə...
28 may Müstəqillik günündə Bakıda çox adam şəhər gəzintisinə çıxır, Dənizkənarı parka yolun salır və digər gözəl yerlərə baş çəkirlər.
Həmin gün mən də bir dostumla şəhərə gəzməyə getmək istədim. Amma Yeni Günəşlidə 50 nömrəli marşrutda işləyən avtobusu gözləməkdən lap təngə gəldik! Tərs kimi də bayram günü Bakıda hava çox isti idi.Adi vaxtlarda dayanacağa beş dəqiqədən bir çatan avtobus 15 dəqiqə keçməsinə baxmayaraq, hələ də gəlib çıxmaq bilmirdi. Axır ki, 20 dəqiqədən sonra avtobus bir təhər dayanacağa gəlib çatdı!
Dayanacaqda isə çoxlu sərnişin vardı. Hamı bir təhər avtobusa mindi. Sərnişinlərdən biri sürücüdən soruşdu ki, bəs bayram günüdur, niyə gec gəlirsiniz ? Sürücü də dilləndi ki, maşınlarımızın bir neçəsi xarab olub, xəttən çıxıb. Ona görə də belə vəziyyət yaranıb! Ümumiyyətlə, 50 marşrutda belə hallar tez- tez baş verir. Ən azından ona görə ki, bu avtobuslar çoxdan istismar müddətin başa çatdırb.
Başqa sözlə demiş olsaq, onlar fiziki və mənəvi cəhətdən göhnəlib. Bunu görə də o avtobuslar yeniləri ilə əvəzlənməlidir.Bələkə bundan sonra 50 nömrəli marşrutda işləyən avtobuslar vaxtında dayanacaqlara çata və sərnişinlərə rahat mənzil başına catdıra!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

