23 Iyul 2024 13:54
961
MƏMLƏKƏT

Nəzarətsiz yerə getməyin...  

Son on- beş gündə ölkəmizin çimərliklərində, çaylarında  ondan çox insan  çimərkən suda boğularaq ölüb.

Təbii ki, bu hadisə hamını, o cümlədən  çimərliklərdə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin məlum qurumunu da  çox narahat edib. Çünki çimərlik mövsümü başlamamışdan öncə həmin qurum əhaliyə müraciət edərək bildirmişdi ki, nəzarət edilməyən yerlərdə çimməməlidirlər. Təəssüf ki, bəzi insanlar bu xəbərdarlığı məhəl qoymayaraq nəzarət edilməyən  yerlərdə  çimmiş və nəticədə onları xilas edən olmayıb, boğularaq ölüblər!

Ona görə də məlum qurum bir daha əhaliyə bildirir ki, nəzarət olmayan və təhlükəli yerlərə getməsinlər. Və bir də onlar belə yerlərdə çimərkən boğulub ölndə  axtarışlar daha da çətinləşir! Bir sözlə, çimərliyə gedənlər diqqətli olmalıdırlar ki, belə faciələr yaşamasınlar!!!

Emil Faiqoğlu