"Kiçik addımlarla böyük uğurlar" layihəsi böyüyərək davam edir
"Shokki Mokki"nin ən böyük korporativ sosial məsuliyyət layihəsi olan "Məktəbim" çərçivəsində Vuvuzela Media ilə birgə başlatdığı "Kiçik addımlarla böyük uğurlar" 4-cü və 5-ci festivalı ilə bölgələrdə sizi gözləyir.
Məktəbə qayıdışı nəzərə alaraq balacaları və onların ailələrini sevindirəcək. 15 sentyabrda Lənkəranda, 19 sentyabrda isə Sumqayıt şəhərində növbəti görüş baş tutacaq.
Tədbirdə bir-birindən maraqlı viktorinalar, ustad dərsləri, əyləncəli oyunlar keçiriləcək və ləzzətli təamlar təqdim olunacaq. Həmçinin xalq artisti Tünzalə Ağayeva və digər ulduz qonaqlar ifaları ilə festivalda sizinlə birlikdə əylənəcək. Qeyd edək ki, Lənkəran və Sumqayıt festivalları xalqa açıq şəkildə keçiriləcək.
Xüsusi vurğulamaq lazımdır ki, "Məktəbim" layihəsi paytaxt və bölgələrdə 70-dən çox xanımın və 1000-dən çox uşağın həyatına toxunmağa davam edir. “Shokki Mokki” məhsullarını əldə etməklə siz də layihəyə dəstək ola bilərsiniz.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

