26 Oktyabr 2024 16:57
224
HADİSƏ

  Dəm qazından boğulanlar..

Hələ havalar bir o qədər də  soyumayıb, artıq  dəm qazından neçə- neçə insan dünyasını  dəyişib.

Axırıncı  hadisə isə Tovuz rayonununda  baş verib. Belə ki, qohumlarının yas məclisinə gələn iki qardaş yas yerindən çıxıb gecələmək üçün ata evinə gəliblər. Onlar qaz sobasını  yandırıb yatıblar və yuxudaca  dəm qazından boğularaq ölüblər. Deyilənə görə, sobanın çıxış yerində quş yuvası varmış və elə bu quş yuvası da onların dəm qazından boğulmasına  səbəb olub. Ümumiyyətlə,  qaz sobalarını  vaxtında  təmizləmək lazımdır. Tüstü - bacalar   diqqətdə saxlanılmalı və davamlı olaraq təmizlənməlidir! Qarşıdan soyuq qıs ayları gəlir.

Ona  görə də mənzillərdə, evlərdə   dəm qazını müəyyənləşdirmək üçün dedektorlar quraşdırılmalıdır. Bu cihaz vasitəsilə evdəki dəm qazını müəyyənləşdirmək olar!Başqa bir məsələ isə ondan ibarətdir ki, mənzillərdə  qaz xətti  açıq görünməlidir ki, qaz sızma olsa, tezliklə aşkar edilsin. Hər halda,  qaz sobalarından  istifadə edənlər ehtiyatı əldən verməməli və təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

Emil Faiqoğlu