Süni bahalaşma...
Bu gün ölkəmizdə əksər sənaye və ərzaq məhsullarının qiyməti bahalaşıb.
Və bu, bahalaşma durmadan davam edir. Təbii ki, bu da əhali arasında böyük narazılıq yaradır.İstənilən marketə, mağazaya girsən bu bahalaşmanı görmək olar. Süni bahalaşma ilə bağlı Sabiq millət vəkili, ictimai - siyasi xadim Vahid Əhmədov da mətbuatda öz fikirlərini səsləndirib. Sabiq millət vəkili deyib ki, bahalaşmanın süni və obyektiv səbəbləri var. Bizdəki bahalaşma isə ən çox süni səbəblərlə bağlıdır.
Bunun isə qarşısı təəssüf ki, əlaqədar qurumlar tərəfindən vaxtında alınmır. Vahid Əhmədov səsləndirdiyi fikirlərində böyük həqiqət var. Və həqiqət də ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamenti ölkəmizdə süni bahlaşmanı yaradan amillərə qarşı ciddi mübarizə aparmır, heç buna marağı da yoxdur.
Çünki süni bahalaşmanı yaradan da ölkəmizdə ayrı-ayrı oliqarxlara məxsus topdansatış ticarət mərkəzləri və onlara məxsus iri marketlərdir. Aydındır ki, belə olduğu halda nəzarət orqanları xalqın deyil, oliqarxların tərəfində durur və süni bahalaşmaya göz yumur. Belə ki, süni bahalaşma olan yerdə onların da maraqları var. Yəni əl- əli yuyar, əl də üzü!..
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44
“Növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var”
08 Oktyabr 2026 23:35
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...
08 Oktyabr 2026 14:11


Bakı -°C

