Piyadalara yol verin...
Hər bir nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkəti qaydalarına əməl etməlidir.
Belə qaydalardan biri də piyadalara yol verilməsidir. İndi gəlin görək, bütün sürücülər piyadalara yol verirmi? Təbii ki, bu suala birmənalı cavab vermək olmur! Bilirsiniz,niyə?! Çünki piyadalara yol verənlər də, var, yol verməyənlər də! Amma yol verənlər, yol verməyənlərdən çoxdur.Bütün hallarda , piyadaya yol verməmək qanun pozuntusu sayılır.
Bakının küçə və prospektlərində apardığımız müşahidələr bir daha dediklərimizi təsdiq etdi. Belə ki, Yeni Günəşlidə " Fatimeyi-Zəhra" məscidinin yanında, Gənclikdə, Ziya Bünyadov prospektində, eləcə də digər yerlərdə bəzi sürücülər piyada zolaqları olsa da, onlara yol vermirlər.
Hələ bu, azmış kimi,bir çox intizamsız sürücülər yol keçən piyadanın üstünə qışqırırlar da! Ümumiyyətlə, piyadaya yol verməməyə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 40 manat məbləğində cərimə olunurlar. Bir faktı da qeyd edək ki, bəzi sürücülər də sürücü mədəniyyəti lazımi səviyyədə deyil, eləcə də piyadalarda! Çünki ən çətin anda çıxılmaz vəziyyətə düşmüş sürücüyə digər sürücü yol vermir.
Emil Faiqoğlu
Digər Xəbərlər
01 Sentyabr 2026 11:08
Honda və Nissan əməkdaşlıq edəcək
01 Sentyabr 2026 08:39
Bu yollarda TIXAC var
01 Sentyabr 2026 08:30
Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00
Mərkəz Bakıda tıxaclı yolların siyahısını açıqladı
30 Avqust 2026 16:00
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO
30 Avqust 2026 10:48


Bakı -°C

