adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2026 19:37
44
AVTOMABİL
A- A+

Hər gün bir - birindən ağır...  

 Avtomobil idarə etmək o qədər də asan məsələ deyil. Çünki sükan arxasında əyləşən hər bir sürücü son dərəcə diqqətli olmalı, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir. Buna əməl olunmayanda istər-istəməz ağır qəzalar qaçılmaz olur. Biz buna bir daha respublikanın avtomobil yollarında, eləcə də Bakıda hər gün görürük.

Elə bir gün olmur ki, ölüm və  xəsarətalma halları olmasın. Bir neçə gün bundan əvvəl rayonların birində avtomobilin idarə etmədən çıxması nəticəsində  beş nəfər həyatını itirdi.Bəzən bir gündə baş vermiş qəzalar nəticəsində 6-7 nəfər  ölür, 10-25 nəfər də ağır xəsarət alır. Yolu yaxşı tanımadığı halada sürücü nəqliyyat vasitələrini yüksək sürətlə idarə edir.

Qarşısına sərt döngə çıxanda avtomobil idarə etmədən çıxır və aşır! Bir sözlə, yuxulu ,yorğun halda , eləcə də spirtli içki qəbul edib sükan arxasında əyləşmək böyük məsuliyyətdir! Gecə saatlarında , toydan və hər hansı şənlikdən çıxanda spirtli içki qəbul edibsə , sükan arxasında əyləşməməlidir. Ən azından " ayıq sürücü"  çağırıb , ona etibar eləmək olar!

Çox təəssüf ki, buna az  adam əməl edir! Və nəticə isə sonda ağır olur. Yaxın günlərdə ad günündən gecə saatlarında  öz dostu ilə çıxan Ada adlı aparıcı avtomobillə hərəkət edərkən yüksək sürətlə arxadan yün maşınına çırpılıb və hər iki gənc həyatını itirib! Bu cür yol-nəqliyyat hadisələri sürücülərdən daha diqqətli olmağı tələb edir.

Çünki bəzən bir anın diqqətsizliyi ölümlə nəticələnir! Ona görə də sükan arxasında olarkən hər bir sürücü diqqətli və məsuliyyətli olmalı, " Yol hərəkəti haqqında" Qanuna əməl etməlidir! Başqa sözlə demiş olsaq  avtomobillə zarafat eləmək olmaz!

Emil FAİQOĞLU