Ukrayna dairəsində tıxac..
Bakıda elə gün olmur ki, səhər və axşam saatlarında tıxac olmasın.
Artıq sürücülər və hərəkət iştirakçıları belə vəziyyətə öyrəşiblər. Təbii ki, paytaxtımızda tez - tez belə yaranan tıxaclar sürücülərin əsəblərinin posulmasına, ziyana düşməsinə, eləcə də vaxt itkisinə səbəb olur. Dünən isə " Ukrayna dairəsində" yaranmış tıxac insanların əsəblərin tarıma çəkilməsinə səbəb olur.
Tıxacda qalan sürücülər deyir ki, uzun müddət belə hərəkətsiz vəziyyətdə qalmağımız bizi bu dəfə daha çox əsəbləşdirdı.Aydındır ki, adını çəkdiyimiz ünvanda tıxaclar həmişə olur, amma dünənki kimi uzun vaxt aparan tıxac olmamışdı. Deyilənlərə görə, həmin dairənin yaxınlığında təmir işləri aparılır. Ona görə də tıxac uzun çəkib.
Adiyyatı qurumdan bildirilir ki, aparılan təmir işləri bir neçə günə başa çatacaq və bundan sonra bütün işlər yoluna qoyulacaq və bir daha belə tıxac olmayacaq. Hələ görünür təmir işləri tamamlana kimi, yenə tıxac olacaq! Ona görə də sürücülər səbrli olmalı və lazımi tövsiyələrə əməl etməlidir.
Emil Faiqoğlu
Digər Xəbərlər
29 Dekabr 2025 10:24
Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı
27 Dekabr 2025 13:16
Daha bir marşrut üzrə avtobuslar yenilənir
26 Dekabr 2025 12:43
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
26 Dekabr 2025 11:05


Bakı -°C

