Hansı yağ təmizdır?
Bu gün Bakıda market və mağazalarda müxtəlif adda kərə yağlar satılır.
Qiyməti altı manatdan otuz manata qədir kərə yağlar var. Adam vitrinə baxır, gözləri qamaşır və bilmir ki, hansı yağdan alsın . Ukraynada, Rusiyada, Almaniyada, Fransada, Türkiyədə, Yeni Zelandiyada istehsal olunmuş yağlar. Xüsusilə də Yeni Zelandiyanın" Ankor" yağı daha dadlı və ləzzətlidir.
Amma hansını alırsan görürsən ki, yox, əvvəlki dadı- tamı vermir. O günü qonşum həmin yağı alıb, əridib, qapqara çıxıb! Bir başqa qohumum da səhər-səhər maqazadan aldığı kərə yağı yeyərkən qəribə tamı olduğunu deyir. Və deyir ki, o yağı yeyə bilmədim! Bəs onda Qida Təhlükəsizliyi Agentliyi nəyə nəzarət edir və hara baxır? Ölkənin bazarlarını və marketlərini saxta yağlar ağzına götürüb, ancaq bunun qarşısın alan yoxdu! Hətta camaat deyir ki, o yağlar xaricdən gətirilmir, saxta yolla Bakıda istehsal edilir və ona görə də belə keyfiyyətsizdir.
Əlbəttə, od olmasa, tüstü çıxmaz! Amma bu , fikirlə razılaşmırıq.Görünən odur ki, kərə yağı adı altında marketlərdə satılan yağlar bir o qədər də keyfiyyətli deyil. Hər halda , qanunsuzluqlar varsa, onun qarşısı adiyyatı qurumlar tərəfindən vaxtında alınmalıdır ki, sonradan istelakçılar problem yaşamasınlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15


Bakı -°C

