30 Noyabr 2024 15:12
239
AVTOMABİL

Piyadalar diqqətli olmalıdır

Bir neçə gündür ki, ölkəmizdə hava şəraiti qeyri-sabit keçir. Məmləkətimizə intensiv yağışlar yağır, hətta bəzi dağətəyi rayonlar qar düşüb . Adındır ki, belə hava şəraitində nəqliyyat vasitələrini idarə etmək bir qədər də çətinləşir.

Düzdür, hava durumu ilə bağlı hidirometeoroloqlar öncədən hərəkət iştirakçılarnı məlumatlandırır. Bununla yanaşı, yol polisi də belə qeyri-sabit hava ilə bağlı sürücülərə və piyadalara öz tövsiyəsin verir.Sürücülər deyilənlərə az- çox əməl edir, düzdür, əməl etməyənlər də  var. Ancaq piyadalarla müqayisədə  onlar toya getməlidir.Yağışlı havada  yollar sürüşkən olur, xüsusilə gecə saatlarında yağan yağış yolun yaxşı işıqlandırılmasına imkan vermir.

Daha doğrusu, yaş asfalt işığı " udur". Piyada da təyin olunmayan yerdən keçəndə  sürücü onu görmür və yolu keçən adamı vurur.Bizim piyadalarsa, ən çox qara geyimdən istifadə edirlər. Belə geyim isə gecə  saatlarında, yağışlı havada  sürücüyə yolu yaxşı görməyə imkan  vermir. Ona görə də qarlı, yağışlı havada  piyadalar daha diqqətli olmalı, piyada zolaqlarından,yerüstü keçidlərdən istifadə etməlidirlər.  Bu , yolu təhlükəsiz keçməyin ən yaxşı seçimidir. Hər iki tərəf-sürücülər və piyadalar  qaydalara əməl etsə, piyadavurma  hadisələri də çox olmaz!

Emil Faiqoğlu