Yol polisi kobud qayda pozuntularına qarşı mübarizəni gücləndirib
Respublikamızın avtomobil yollarında hər gün on minlərlə nəqliyyat vasitələri hərəkət edir.
Təbii ki, onların hərəkətini tənzimləmək yol polisinin üzərinə düşür. Heç kimə sirr deyil ki, bəzi sürücülər kobud qayda pozuntularına yol verir və nəticədə ağır qəzalar qaçılmaz olur. Ona görə də respublikanın avtomobil yollarında xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının tağımları belə qayda pozuntularının qarşısınıalmaq üçün mütəmadi tədbirlər həyata keçirirlər. Bu mənada Yol Patrul Xidməti Alayının 12- çi tağımının əməkdaşları tapşırılan vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Tağım Hacıqabul- Beyləqan avtomobil yolunun 0-çı kilometrindən 112 - çi kilometrə qədər xidmət aparır.
Öncə onu qeyd edək ki, tağım əməkdaşları qeyri - sabit hava şərəitində yüksək peşəkarlıqla xidmət aparır, avtomobil yolunun təhlükəli yerlərində daha diqqətli olur, baş verə biləcək qəza şəraitini düzgün qiymət verir və bu barədə sürücüləri məlumatlandırır.Sərxoş , ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən , ara məsafəsi saxlamayan, mobil telefonla danışan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən, texniki cəhətdən nasaz avtomobili idarə edən sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılır və inzibati məsuliyyətə cəlb edilirlər.
Əlbəttə, bu cür addımların atılması kobud qayda pozuntularının azalmasına və ölümlə nəticələnə biləcək qəzaların azalmasına səbəb olur. 12- çi tağımın komandiri Namiq Əzizov çox savadlı və peşəkar polis zabitidir. O, həmişə tağım əməkdaşlarından ədalətli olmaği və hərəkət iştirakçılarına hörmətlə yanaşmağı tövsiyə edir. Namiq Əzizov bizimlə söhbətində dedi ki, biz həmişə çalışırıq ki, rəhbərliyimizin qarşımızda qoyduğu vəzifələri məsuliyyətlə yerinə yetirək. Eyni zamanda hərəkətin təhlükəsizliyi üçün xidmət apardığımız avtomobil yolunda mövcud problemi vaxtında aradan qaldıraq. Bununla yanaşı, əməkdaşlarımiz qeyri-sabit havalarda, yağış, qar yağanada və yollar təhlükəli olanda stasionar postda sürücüləri saxlayır, bu barədə onlara xəbərdarlıq edir, daha diqqətli olmaları bildirilir. Bu da öz müsbət nəticəsini göstərir. Ümumiyyətlə biz calışırıq ki, cərimə etmək yox , maarifləndirək.Çünkı onlarla yol polisi arasında qarşılıqlı hörmət olanda , bu, işimizə müsbət təsir edir.
Ona görə də biz bu cür qabaqlayıcı tədbirləri həmişə diqqət mərkəzində saxlayırıq. Qarşıdan yeni il bayramı gəlir. Bir çox insanlar bayram günlərində rayonları gedəcəklər. Ona görə də həmin insanlar hava şəraitini nəzərə almalı və mənzil başına sağ-salamat çatmaq üçün yol hərəkəti qaydalarına əməl etsələr daha yaxşı olar.
Emil Faiqoğlu