71 nömrəli marşrutdakı avtobuslar...
Təbii ki, bayram günləri insanlar ya gəzməyə, ya da qohum - əqrəbasını ziyarət etməyə gedir.
Belə olanda şəxsi avtomobillə yanaşı, ictimai nəqliyyatdan - metrodan və avtobuslardan istifadə edilir! Yanvarın 1- də də biz bir dostumuzgilə baş çəkdik. Onlara getmək üçün " Azadlıq" metrostansiyasından çıxıb, 71 nömrəli avtobusa minməliydik. Stansiyadan çıxaraq həmin avtobusa yaxınlaşdıq.Avtobusu dayanacaqda görüb sevindik və onun salonunda əyləşdik. Düşündük ki, bir neçə dəqiqədən sonra avtobus tərpənəcək. Heç sürücü də sükan arxasında yox idi.
Həmişə beş dəqiqədən sonra avtobus tərpənmirdi. Amma bu dəfə 20 dəqiqə gözlədik, tərpənmədi.Sürücü gəlib sükan arxasında əyləşdi, yenə avtobus hərəkətə gətirilmədi. Axırda salondakı sərnişinlər təngə gəlib dedilər ki, qardaş maşını niyə sürmürsən, 20 dəqiqədir gözləyirik? Sürücü isə dilləndi ki, bayramla əlaqədar olaraq iş yoldaşlarımızın çoxu işə çıxmayıb, xətdə cəmi üç avtobus var, hələ mən bir az tez çıxıram.
Düz yarım saatdan sonra avtobus hərəkətə gəldi. Bax , bayram günləri bəzi avtobus marşrutları belə yarıtmaz fəaliyyət göstərib. Ona görə də Yerüstü Nəqliyyat Agentliyi bu məsələləri diqqətdə saxlamalı, problemin həll edilməsinə nail olmalıdır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
10 Noyabr 2026 09:48
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
06 Noyabr 2026 09:05


Bakı -°C

