“Prezident bir daha xəbərdar etdi ki, Ermənistan öldürücü silahlarla sülhə gedə bilməz”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində çox vacib məqamlara diqqət çəkdi.
Əsas mesajlardan biri bölgənin təhlükəziliyi məsələsi idi. Bir daha aydın oldu ki, Azərbaycan Cənubi Qafqaz regionun əsas lokomitivi kimi regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bizim şərtlərimiz isə ortadadır - Ermənistanın silahlandırılması dərhal dayandırılmalı, silahlar geri qaytarılmalı, bütün kontraktlara xitam verilməlidir. Çünki Ermənistanın silahlandırılması sülhü pozur və proses belə davam edə bilməz. Ali Baş Komandan açıq şəkildə bəyan etdi ki, biz müharibə səhifəsini çevirmək istəyirik. Ermənistan kredit adı altında aldıqları pulsuz silahlarla sülhə gedə bilməz. Avropa İttifaqının bu prosesdə pozucu fəaliyyəti rəsmi Bakını təbii ki, hiddətləndirir. İttifaqın “sülh fondu” öz fəaliyyətini real sülhə yönəltməlidir.
Amma biz “mülki missiya” adı altında regionu poliqona çevirmək kimi təhlükəli planları görürük. Prezident İlham Əliyevin də söylədiyi kimi, Paşinyanın simasında Ermənistandan sülh göyərçini düzəltmək cəhdləri nəticə verməyəcək.
Aydındır ki, hazırda yeni dünya nizamı formalaşmaqdadır. Azərbaycan bu nizamın ədalət prinsipinə əsaslanmasının tərəfdarıdır. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək - bütün bunlar Azərbaycanın xarici siyasət xəttidir.
Təbii ki, Azərbaycanın geostrateji mövqeyi, bölgədə xab olması, yeni nəqliyyat və energetika xəritəsi yaratması, Asiya ilə Avropanı birləşdirməsi rəsmi Bakının əhəmiyyətini artırır. Biz faktiki bölgədə proseslərin fəal iştirakçısı olmaqla yanaşı həm də ədalətli yanaşma ilə fərqlənirik. Burada şübhəsiz, lider faktoru ön plana çıxır. Dövlət başçımızın da söylədiyi kimi, “liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır”. Bu mənada Azərbaycan güclü ölkə kimi əsl nümunə sərgiləyir və heç kimin daxili işinə qarışmır. Bu reallıq bir çox qərəzli dairələri qane etmir. Amma heç kim Azərbaycanla diktə dilində danışa bilməz. Bu regionda bütün güclər Azərbaycanın milli maraqlarını nəzərə almalıdır.
Könül Nurullayeva,
Millət vəkili
Digər Xəbərlər
04 Dekabr 2025 13:28
Naxçıvanda deputatlar üçün qaydalar sərtləşdirilir - 5 iclasda iştirak etməyən...
04 Dekabr 2025 13:08
Elçin Əmirbəyov İsveçrə tərəfini mina problemi barədə məlumatlandırıb
04 Dekabr 2025 12:31
“Rusiya-Ukrayna cəbhəsində vəziyyət tamamilə dəyişəcək”
04 Dekabr 2025 12:21
İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
04 Dekabr 2025 12:10
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
04 Dekabr 2025 12:00
“ABŞ və Rusiya Avropanı prosesdən uzaq tutmağa çalışır...” - Politoloq
04 Dekabr 2025 09:22
Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub - FOTOLAR
03 Dekabr 2025 19:51


Bakı -°C

