Binədə bəzi həyət evlərini basmış suyu kim qurudacaq?
Üç ay bundan əvvəl Bakıya yağmış intensiv yağışlardan sonra Bakının Binə qəsəbəsində bəzi həyət evlərini su basıb.
Su, hətta evlərin zirzəmisin qədər gedib çıxıb. Elə adamlar var ki, evdə olan yorğan- döşəyi, ərzaq malları suyun içindədir. Düz üç aydır ki, evlərə dolmuş bu suyu heç bir qurum təmizləyə bilmir. Hərdən bir onlar gəlib suyu nasos vasitəsilə çəkır , bir müddətdən sonra yenə həyət və kücə su ilə dolur. İnsanlar yolu keçmək üçün uzunboğaz çəkmədən istifadə edirlər. Küçənin bəzi yerində suyun dərinliyi bir metrə çatır. Onda görə də Binə sakinlərinə kücəni keçmək üçün qayıq lazımdır.
Orada elə ev var ki, sakinlər ikinci mərtəbədən həyətə düşüb dükan- bazara belə gedə bilmir. Yaşlı bir qadın deyir ki, oğul, vallah, burda canımız çıxır, heç kim də bizə kömək etmir. Elə adamlar var ki, artıq evlərindən çıxıb başqa yerdə yaşamağa gedirlər.Mənim də gedəsi yerim yoxdur.
Adiyyatı qurumlar isə bu günə kimi həmin sakinlərə heç bir kömək etmir və deyir ki, orada kanalizasiya sistemi yoxdur, biz təmizləsk, yenə yağış yağanda küçəyə və həyətlərə su basır, üstəlikdə həmin yerlərdə su həyətin özündən çıxır. Amma buna baxmayaraq, yenə gücümüz nəyə çatırsa, onu edəcəyik.
Yazıq Binə camaatı yenə ümıd Allaha qalıb; yağış yağmasın və həyətinizi su basmasın. Çünki adiyyatı qurumlar sizin probleminizi həll edən deyil.Əgər həll etsəydilər, bu üç ayda məsələləri yoluna qoyardılar!
Emil Faiqoğlu
Digər Xəbərlər
13 Dekabr 2025 17:34
İtkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 15:58
Şirvanda hamamda yıxılan qadın öldü
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37
Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
11 Dekabr 2025 15:23
İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu
11 Dekabr 2025 14:10


Bakı -°C

