Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür.
Adalet.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Digər Xəbərlər
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26
Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07


Bakı -°C

