Yaxşı xaş havasıdı ha!
Dostum və tanınmış jurnalist Lətif Novruzovla fevralın 7- də soyuqlu və küləkli havada mobil telefonla danışdım.
Çoxdandır hal - əhval yutmurduq və axır ki, o soyuq ğündə söhbətimiz alındı. Dedi ki, yaxşı xaş havasıdı, ha, bəlkə görüşüb gedək xaşxanaya! Sonra da fikirini davam etdirərək bildirdi ki, sən də tərs kimi xaş yeyən deyilsən. Gərək onda Asif Talıboğlu ilə Daşdəmir Əjdəroğlunu tapaq, bax onlar xaşın dadını yaxşı bilirlər. Bu soyuqda onları da tapmaq çətindir. Dedim ki, Novruzov xaş qalsın başqa vaxta, indi Günəşlidə küləkdən və soyuqdan evdən çölə çıxmaq mümkün deyil. Beləliklə, razılaşdıq ki, xaş yeməyimiz qalır sonraya! İndi xaşla bağlı həkimlərin bəzi fikirlərini oxucularımızın diqqətinə çatdırmaq istəyirik.
Bir çox həkimlər deyir ki, xaşın insana xeyiri var. Belə ki, xaş sümükləri möhkəmlədir, gün ərzində adamı tox saxlayır və ləzzət edir.Amma tibb elmlər namizədi, kardioloq Rafiq Yusifli deyir ki, xaş ürək- damar xəstələri üçün çox təhlükəlidir. Çünki bu yeməkdə. xolesterin həddındən artıq çoxdur. Ona görə ki, xaşın tərkibindəki xolesterin ürək damarlarında tıxac yaradır və nəticədə damarlar tutulur.
Əgər hər gün uzun müddət xaş yeyən insanlar" anju" olunsa, onların ürək damarlarının necə pis vəziyyətdə olduğu aydın görünəcək. Yəni məlum olacaq ki, çox damarını xolesterin tutub. Ona görə də insanların diqqətinə çatdırırıq ki, xaş yesələr də az istifadə etsinlər. Ürək - damar xəstələri, xüsusilə də ürəyində açıq əməliyyatlar aparılmış , stend qoyulmuş pasiyentlər xaş yeməsələr daha yaxşı olar.
Rafiq həkimin sözünə qüvvət əgər sağlam olmaq istəyirsinizsə və ürəyinizdə problem varsa, özunüzü mütləq mənada qorumalısınız. Tamahınızı saxlaya bilməsəniz, onda xaşdan az yeməklə kifayətlənə bilərsiniz!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Oktyabr 2026 13:00
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
24 Oktyabr 2026 15:00
Payızda bu qidaları süfrənizdən əskik etməyin
24 Oktyabr 2026 12:24
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
23 Oktyabr 2026 09:23


Bakı -°C

