“USAİD-in məkrli mahiyyəti onun sonunu gətirdi”
USAİD-in "radikal dəlilər tərəfindən idarə olunan" cinayətkar təşkilat olduğu təsdiqini tapır. ABŞ prezidenti Donald Tramp USAİD-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir.
USAID-in düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur. Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ- ni yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir.
Araşdırmalar göstərir ki, USAİD 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Tam aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan aparılan çirkin kampaniyanın da arxasında elə USAİD dayanıb.
Bir sözlə, USAİD fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub.
Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir. Bir çox ölkələr Trampın təşkilatın fəaliyyətinin 3 aylıq dondurulması mexanizminin həmişəlik qüvvədə qalmasını arzulayır.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:24
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE
22 Oktyabr 2026 12:21
Prezident onu icra başçısı təyin etdi
22 Oktyabr 2026 12:20
Elçin Yusubov vəzifəsindən azad edilib
22 Oktyabr 2026 12:06
Azərbaycan Parlamentindən Fransada baş verənlərə MÜNASİBƏT
22 Oktyabr 2026 11:05
“Ukraynanın ədalətli sülhə, təhlükəsizliyə və öz gələcəyinə haqqı vardır”
22 Oktyabr 2026 10:50
“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”
22 Oktyabr 2026 10:30
“Türkiyə-Azərbayacan prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir”
22 Oktyabr 2026 10:23


Bakı -°C

