Çörəyin qiyməti qalxdı, keyfiyyəti artmadı...
Atıq xeyli vaxtdır ki, çörəyin qiyməti 55 qəpikdən , 65 qəpiyə qalxıb.
Özü də çörək istesalçılari qiymətlər qalxanda demişdilər ki, onun çəkisi artacaq.Amma çödəyin qiyməti qalxdı, çəkisi armadı. Bu addımla da istehsalçılar. əhalini aldatdılar. Onsuz də həmişə belə olub, bu dəfə də belə oldu.
Çünki hər şeyin qiyməti qalxanda öncədən deyirlər ki, xidmətin keyfiyyəti artacaq. Əgər dünya bazarında taxılın, unun qiyməti bahalaşmayıb və ucuzdursa bəs onda bizim ölkədə çörəyin qiyməti niyə qalxmalıydı! Bax elə əsas məsələ də budur. Ekspertlər deyirlər ki, bunu süni surətdə çörək istesalçıları elədi və dövlət qurumları da buna göz yumdu. Belə ki, çörək sənayesində də monopoliya mövcuddur. Monopoliya olan yerdə işə xalqın ziyanına nə desən ola bilər.
Çörək zavodları yeni texnologiya ilə çeşidli çörək bişirib baha qiymətə sata bilərdilər, amma onlar çətin yolu deyil, asan yolu seçdilər. İndi bir neçə çörək zavodları asan qazanc üçün ağ una qara boya qatıb onu qara çörək adı ilə satırlar. ' Binə" adı altında istehsal olunan çörəklər isə yarımbükülü halda market və mağazalara çatdırılır.
Bu isə antisanitariya deməkdir. Üstəlikdə sosial şəbəkədə həmin çörəyin içindən taxta qırıntısı çıxdığı bildirilir. Bir sözlə, ölkəmizdə çörək istehsalı sahəsində ciddi nöqsanlar mövcuddur. Bax, həmin nöqsanlar tezliklə istehsalçılar tərəfindən aradan qaldırılmalıdır. Bünunla yanaşı, çörək sənayesindəki özbaşınalığa da son qoyulmalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:24
İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
13 Mart 2026 11:08
Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
13 Mart 2026 11:07


Bakı -°C

