İstiliyin pulun verin!

Artıq fevral ayı başa çatır. Noyabrın 15-dən verilən istilik aprelin 15- nə kimi davam edəcək. İndi, gəlin görək " Azəristiliktəchizat" a işlətdiyi istiliyə görə , əhali necə pul ödəyir! Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil.
Çünki borcun ödəyən də var, ödəməyən də! Borcla bağlı" Azəristiliktəchizat"artıq əhaliyə xəbərdarlıq da edib. Bu barədə binaların bloklarının qarşısına xəbərdarlıqla bağlı məlumat yapışdırılıb. Elə bizim yaşadığımız binada da belə xəbərdarlıqlar var. Bizim sakinlərin 60 faizi bu borcu ödəməyib. Elə abonent var ki, 400- 500 manat borcu var. İmkanı olsa da, pul vermir ki, vermir. Bilirlər ki, işıq, qaz, su kimi xətti kəsmək olmur. Amma xəbərdarlıqda deyilir ki, pulu vermədiyinə görə, hissə- hissə binalarda istilik kəsiləcək.
Belə çıxır ki, qurunun oduna yaş da yanacaq. Bəs borcu ödəyən abonentlər niyə digərlərinin əziyyətin çəkməlidir? Məgər bu, ədalətsizlik deyilmi? Əlbəttə, ədalətsizlikdir. Gəlin, onunla razılaşaq ki, məlum quruma borclar vaxtında ödəməyəndə onlar da "Azəriqaz" , " Azərsuya" olan borclarını ödəyə bilmir, üstəlik də işçilərin əməkhaqqını verməkdə çətinlik çəkir. İndi, ay hörmət abonentlər işlətdiyiniz istiliyin pulunu ödəyin də! Sizə görə niyə başqaları əziyyət çəkməli və hüquqları tapdanmalıdır?!
Emil Faiqoğlu
Digər Xəbərlər
28 Oktyabr 2025 12:09 Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq - FOTOLAR
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 

Bakı -°C 






