Fevralda görünməmiş qar yağdı
Dekabr və yanvar ayları çox mülayim keçdi. Daha doğrusu, bu aylar qışdan çox yaza, payıza oxşadı.
Eyni zamanda havaların soyuq olmaması kənd təsərrüfatına da ziyan vurdu. Ona görədə taxıl sahələrində gəmiricilər, siçanlar, siçovullar çoxaldı və onlar başladılar taxılı yeməyə. Fermerlər də nə qədər dava- dərman eləsələr də , onların qarşısını ala bilmirdi. Amma elə ki, fevral ayında ölkə ərazisinə fasiləsiz , intensiv qar yağdı, o fermerlərin çiçəyi çırtladı.
Yəni onların ümidi yenidən göyərdi. Hava qarlı, şaxtalı keçəndə məhsul da bol olur.Qar Bakı sakinlərini də , xüsusən uşaqları çox sevindirdi.Çünki son illər fevralda belə qar görməmişdilər. Qarın yağması havanı təmizlədi, tüğyan edən xəstəliyin qarşısını aldı. Amma fəsadsız da ötüşmədi.
Belə ki, yolların buz bağlaması nəticəsində qəzalar oldu, 400- ə yaxın insan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.Elə qarlı gündə mən də yıxıldım. Şükür Allaha , xəsarətim ağır olmadı. Əsas məsələ odur ki, insanlar qarın yağmasından zövq aldılar və sevindilər. Axı, bir də qar ruzi- bərəkətdir. Ruziniz bol olsun!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Iyul 2026 12:56
“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...”
08 Iyul 2026 12:42
DYP-dən kənd təsərrüfatında çalışanlara MÜRACİƏT
08 Iyul 2026 11:35
Yağıntılar aylıq normanı keçib - FAKTİKİ HAVA
08 Iyul 2026 09:36


Bakı -°C

