90 manata iftar süfrəsi olarmı?!
On bir ayın sultanı olan Ramazanda insanlar oruc tutur.
Təbii ki, elə bayramında əsas şərti bu ayda oruc tutmaq, kasıblara kömək etmək və adamları sevindirməkdir. Bundan gözəl nə ola bilər?! Amma bizdə bəzi işbazlar var ki, bu gözəl Ramazan ayında da , pul qazanmaq istəyirlər.
Yaxşı qazanırlar, qazansınlar, amma insaflarını itirməsinlər. Məsələn, restoranlar var ki, Ramazanda iftar süfrəsini 70, 80, 90 manata açır. Nə olub, gərək bu əziz gündə də insanları soyasız?! Əgər sizin ürəyinizdə Allah sevgisi varsa, o süfrəni od qiymətinə deyil, 15- 20 manata açın! Və bir də iftarın açan adam su, xurma və yüngül yeməklər yeyir.
Əgər Allahı çox istəyirsinizsə, imkanı olmayan, oruc tutan adamlara pulsuz süfrə açsalar bu, daha gözəl olar.Bu addımı isə bəlkə kimlərsə, atıb, amma biz bilmirik. Bizcə, kasıb adamları orucluqda sevindirməkdən gözəl heç nə ola bilməz. Bax , qoy, restoranlar belə bir xeyirxahlıq etməklə yadda qalsınlar. Yoxsa qiymətləri bu əziz gündə dörd- beş dəfə qaldırmaqla Allah yanında böyük günaha batırlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Yanvar 2026 18:29
Ağcabədidə hesabat yığıncağı keçirildi
24 Yanvar 2026 10:53
"Yolların buz bağlama ehtimalı var" - DYP-dən xəbərdarlıq
24 Yanvar 2026 10:17
Sabiq deputata yeni vəzifə verildi
23 Yanvar 2026 18:55
Arzu Əliyeva təşəkkür etdi
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04


Bakı -°C

