İtlər insanları parçalayır...
Son vaxtlar Bakıda sahibsiz itlərlə bağlı şikayətlər çoxalıb.
Bu itlər şəhərin mərkəzində çox görünməsə də ,amma qəsəbələrdə və bir qədər uzaqda sürü ilə gəzirlər.Bu sürü ilə gəzən itlər insanlara hücum edir, onları tutur və bəzən də parçalayıb yeyir. Son bir neçə ayda Bakıda neçə- neçə belə xoşagəlməz hadisələr qeydə alınıb.Onlar xəstəxanaya çatdırılsa da, quduzluq əleyhinə lazımi peyvənd vurulsa belə zərərçəkmişlərin bəzilərinin həyatını xilas etmək mümkün olmayıb.
Bir dəfə Yeni Günəşlidə it sürüsünə rast gəldim. Tənbəllik etməyib itləri saydım. Düz, 18 it idi.Uşaqlar isə o itləri görüb, valideynlərinin yanına qaçdılar! Qarlı gündə Yeni Günəşlidə 13 nömrəli binanın arxasında səhər saat 6:45 dəqiqədə sahibsiz itlər bir qız uşağına hücum etmişdilər.
Onun səsinə qonşular özlərini uşağa çatdırdılar və uşağı itin ağzında çox çətinliklə aldılar.Qan içində olan qızı xəstəxanaya apardılar. Əgər bizim qonşular vaxtında özlərinə hadisə yerinə çatdırmasaydılar, itlər o qızı parçalayacaqdı. İtlərin hüquqları qorunur, amma insanların hüquqları qorunmur. Bütün bu təhlükədən qorunmaq üçün ya sahibsiz itlər öldürülməli, ya da şəhərin küçələrində yığışdırılıb xüsusi saxlanma yerlərinə aparılmalıdır. Bəlkə bundan sonra Bakıda camaatın canı dincələ!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48
“Təmtəraqlı yas məclisi qurub yekəqarın adamlara aş, pörtləmə verməkdənsə...”
22 Yanvar 2026 10:30


Bakı -°C

