Dumanlı havalar təhlükədir

Heç kimə sirr deyil ki, bəzi qəzalar dumanlı hava şəraitində baş verir. Belə ki, sürücülər uzaq məsafəni qatı dumanda görmür, üstəlikdə sürət həddini aşır və bu vaxt belə ağır qəzalar qaçılmaz olur.
Bir neçə ay bundan əvvəl respublikanın avtomobil yollarında qatı dumanda belə qəza yaranda, nəticədə zəncirvari qəza baş verdi, on dörd avtomobil bir- biri ilə toqquşdu, nəticədə ölənlər və xəsarət alanlar oldu. Çünki bir çox sürücülər dumanlı havanı nəzərə almadı.Yəni sürücü səhlənkarlığı oldu. Bu gün də respublikanın avtomobil yollarında tez - tez duman olur.
Üstəlik də onu nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir və yollarda hərəkətin intensivliyi artacaq, bax onda sürücülər daha diqqətli olmalıdır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev dumanlı hava şəraiti ilə bağlı bir daha sürücüləri maarifləndirmək bildirir ki, dumanlı havada hər bir sürücü məsuliyyətli olmalı, avtomobilin duman faralarını yandırmalı, ara məsafəsi saxlamalı, sürət həddini aşağı salmalı, belə çətin hava şəraitində tez- tez manevr etməməlidirlər. Təbii ki, bayram günlərində respublikanın müxtəlif bölgələrinə gedənlərin sayı daha da çoxalacaq. Ona görə də hər bir hərəkət iştirakçısı bu tövsiyələrimizi nəzərə almalı və yol hərəkəti qaydalarına riayət etməlidir. Belə olsa, hər bir sürücü və sərnişin mənzil başına sağ- salamat çatar!
Emil Faiqoğlu
Digər Xəbərlər

Temperatur 30 dərəcəyə yüksələcək

İsmayıllıda mal-qarada quduzluq xəstəliyi yayılıb, araşdırma başladı - VİDEO

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Prokurorluq 10 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

"Boranı" restoranındakı yanğın söndürüldü - YENİLƏNİB

Naxçıvanda hərbi sursatlar aşkar edildi

İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb - TƏBİB-in əməkdaşının ölümünün detalları
jpg-1741873098.jpg)