11 Aprel 2025 13:11
611
MƏMLƏKƏT

  Bu usta tayfası ki, var...

Deyirlər ki, dünyanın ən çətin peşə sahibləri sürücülərdir. Bunu nə dərəcədə dürust ifadə eləyiblər deyə bilmərəm, amma sürücülərin arasında o qədər də yalançı, dələduz adamlara rast gəlməmişəm. Çətinliyinə görə, həm də onları yetmiş ikinci millət adlandırırlar.

Nə isə... Sürücülər ustalara baxanda toya getməlidir. Ən azından ona görə ki, onların dilinə hərdən- bir düz söz gəlir.Ancaq ustlarını dilinə ömrü boyu düz söz gəlmir. Hətta o, usta sənin qardaşın olsa, belə nə vaxtsa işin düşsə, yalan danışacaq.  Biz də mənzilimizdə bəzi yerləri təmir etdirmək istəyirdik. Onlar görə də əvvəlcədən yaxın bir dostumun oğlu ilə əvvəlcədən  danışmalı olduq. Bizə gəlib hər yerə baxdı və eyvanda görəcəyi işləri nəzərdən keçirdi.

Dedi ki, müəllim, darıxma, indi havalar soyuqdur, Allah qoysa, aprelin əvvəllərində təmirə başlayarıq. Razılaşdıq.Və aprelin əvvəlində onun  mobil telefonuna zəng vurdu. Dedi ki, müəllim, məni bağışla, indi Moskvada qardaşımın yanındayam, may ayında  gələcəm. Tay demədi ki, gəlib təmirə başlayacağam.Sonradan öyrəndim ki, dostumun oğlu gözünün içinə qədər yalan danışır. Moskvada deyil, Bakıda , daha doğrusu, Əhmədli də bir pullu adamın mənzilində başqa bir usta ilə təmir işi görür.

Belə adamlar insanları inandırmaq üçün  yalandan and içir, nə Allahdan, nə kəsdiyi çörəkdən qorxur.Və onların gedən- gələn nəfəsləri də yalandır. Hansıki onun atası ilə duz- çörək kəsmişik və atası da oğlunun yalanını müdafiə edir, deyir ki, Bakıda yoxdur. Tay kimə inanasan?Mən çox yalançı adamlar görmüşəm, amma ustalar qədər yalançı, çörək itirən insan görməmişəm! Usta qardaşınız olsa, belə onu inanmayın, çünki onlar sizi aldadacaq və yarıyolda qoyacaq!!!

Emil Faiqoğlu