11 Aprel 2025 13:12
358
HADİSƏ

 Piyadaların böyük günahı...

Yol- nəqliyyat hadisələrinin  baş verməməsi üçün piyadaların da üzərinə  yüksək məsuliyyət  düşür.

Birmənalı olaraq onlar   yol hərəkəti qaydalarına əməl etməli, təyin olunmuş yerlərdən- işıqfların, yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından istifadə etməlidirlər. Bu, həm də onların təhlükəsizliyinə xidmət edir. Təəssüf ki, bəzi piyadalar bu, deyilənlərə  məhəl qoymur, hərəkətin təhlükəsizliyinə diqqət yetirmir, avtomobillətin sürətlə  və intensiv  hərəkət etdiyi yoldan keçməyə  cəhd edirlər. Bu da bir çox halda ölümlə nəticələnən hadisələrin  baş verməsinə səbəb olur. Bir neçə gün bundan əvvəl Bakı dairəvi yolda   olan piyadavurmanı yada salmaq kifayətdir. Belə ki,  avtomobillərin sürətlə hərəkət etdiyi yerdən keçmək istəyən piyadanı  maşın vuraraq öldürüb. Yolun hərəkət hissəsinə qəfil çıxan piyada  belə mürəkkəb durumda çıxış yolu tapa bilməyib və nəticə isə faciəli olub.

Deyilənlərə görə, həmin şəxs Qarabağ mühatibəsinin iştirakçısı olub. Ümumiyyətlə, hər bir yol hərəkəti iştirakçısı diqqətli olmalı və təyin olunmuş yerlərdən keçməlidir. Bir faktı da qeyd edək ki, bu yolda tez- tez belə qəzalar baş verir.  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Toğrul Nəsirli deyir ki, piyadalar da  hərəkət iştirakçılarıdır və onlar birmənalı olaraq qanuna əməl etməyə borcludur. Sürücü sükan arxasında nə qədər məsuliyyətli daşıyirsa, piyada da yol keçərkən  elə bir  məsuliyyət  sahibidir. Bunu hər bir piyada anlamalıdır. Biz piyadaların maariflənditilməsi üçün bütün təbliğat vasitələrindən  istifadə  edirik.

Şəhərimizin müxtəlif küçə və prospektlərində onların təhlükəsizliyi ilə bağlı  əməkdaşlarımız profilaktik tədbirlər keçirir. Bu tədbirlər zamanı onlara  piyada  əməldaşlarımız tərəfindən maarifləndirilir, onlara düz yol göstərilir. Eyni zamanda dəfələrlə   yol hərəkəti qaydalarını pozan piyadalar inzibati məsuliyyətə cəlb edilərək 20 manat civarında cərimə edilir. Amma bizim məqsədimiz  onları cərimə etmək deyil,  piyadaları qanuna əməl etməyə yönəltməkdir!  Bir sözlə, hər bir hərəkət  iştirakçısı qanunlar əməl  etsə, ölümlə nəticələnən qəzalar ya baş verməz , ya da  az olar!

Emil Faiqoğlu