11 Aprel 2025 15:22
549
HADİSƏ

Göynən uçan  avtomobil...

Siz heç göynən uçan avtomobil görmüsünüz? Sizi bilmirəm, mən görməmişəm. Amma bir neçə gün bundan  öncə gördüm. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin qeydə aldığı və yaydığı görüntüdə  belə uçan maşını ilk dəfə  gördüm.

Bakıda Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxır, arakəsməni dağıdaraq göynən uçaraq yolun əks  istiqamətində gedən maşının üstünə düşur və yerə  çirpılır. Həmin an sanki bir filmə bənzəyir. Xoşbəxtlikdən ölüm hadisəsi  baş vermir, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan olur, onları da vaxtında xəstəxanaya çatdırırlar. Şübhəsiz ki, qazanın baş verməsi səbəbsiz deyildir. Ən azından sürücü məsuliyyətsizliyi  özünü göstərir.

Görünür, nəqliyyat vasitəsi həm də yüksək sürətlə idarə olunurmuş. Hər halda  görünən odur ki, bu qəzada hər şey ola bilərdi. Sadəcə olaraq o sürücünü və digər avtomobilləri idarə edənləri Allah qoruyub. Belə hadisələr digər sürücülərə də  ibrət olmalı, onlar avtomobilləri yüksək sürətlə idarə etməməli, sükan arxasında heç nəyə arxayın olmamalıdırlar. Çünki qəzalar olanda sənin nə vəzifən, nə də pulun köməyə çatmır!

Emil Faiqoğlu