Yağış onları sınağa çəkdi...

Aprelin 16- da ölkə ərazisində qeyri- sabit hava bir çox qurumları sınağa çəkdi. Xüsusilə də Bakıda. Məlum oldu ki, bəzi qurumlar yağıslı, küləkli və soyuq havaya hazır olsa da , bir neçə təşkilat qeyri - sabit havaya hazır deyilmiş.
Bakıda yağan leysan yağışları şəhəri iflic vəziyyətə salmışdı. Belə ki, bir çox yaşayiş sahələrini, evləri , həyətləri, körpüləri su basmış və yollar keçilməz olmuşdu. Ötən il iki nəfərin ölümü ilə nətiçələn körpüdə aprelin 16- da vəziyyət çətinləşmişdi. Yəni yenə həmin körpü ağzına qədər suynan dolmuşdu.
Səhər saatlarında həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmıs, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları körpünün altındakı suyu yanğın söndürən maşinlar və digər texnikalarla çəkməyə başlamışdılar. Birmənalı olaraq deyə bilərik ki, həmin gün Bakıda və regionlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz vəzifə borclarını məsuliyyət, şərəflə yerinə yetirmiş, evlərini su basmış insanları ordan təhlükəsizl olaraq təxliyə eləmişlər. Bu köməyə görə çətin vəziyyətdə həyatları xilas edilmiş insanlar da məlum quruma öz minnətdarlıqlarını bildirirlər.
Bir sözlə, yağışlı və çətin hava şəraitində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyəti yüksək səviyyədə təşkil əhali tərəfindən yüksək qiymətləndirilib. Yəni xalq dilində demiş olsaq onların işinə bir qırmızı " beş" düşür. Amma bu sözləri " Azərenerji" haqqında demək olmaz .
Çünki qeyi- sabit və soyuq havada Yeni Günəşlinin" D" massivindəki " Azəristiliktəchizat" ın qazanxanasının işığı sönmüş və nəticədə sakinlər yeddi saat işıqsız və istiliksiz qalmışdı. Bəzi qurumlar yekə- yekə deyirlər ki, biz hər cür hava şəraitinə hazırıq. Amma bir balaca soyuqlar olur, onların iç üzü açılır və dedikləri sabun köpüyu kimi bir seymiş!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Oktyabr 2025 09:41 Rövşən Rzayev iclas keçirdi - Bəzi məsələlər müzakirə edildi
23 Oktyabr 2025 17:10 Bu televiziyalara ayrılan vəsait azalır
23 Oktyabr 2025 17:03 Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq
23 Oktyabr 2025 14:03 XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?
23 Oktyabr 2025 13:56 Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi
23 Oktyabr 2025 13:06 Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi
23 Oktyabr 2025 13:04 "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi
23 Oktyabr 2025 13:03 

Bakı -°C 






