Yasamalda küçə ticarətinə göz yumurlar...
Heç kimə sirr deyil ki, Bakının bir çox rayonlarda küçə ticarətinin qarşısı alınıb. Amma buna baxmayaraq paytaxtın Yasamal və Nəsimi rayonlarında küçə ticarəti bu gün tüğyan edir.
Bu vəziyyətə isə küçə ticarətinin qarşısını almalı olan qurumlar göz yumurlar. Hansı ki, küçə ticarətinin qarşısının alınması ilə bağlı uzun illərdir məlum qərar qüvvədədir. Qərarın qüvvədə olmasına baxmayaraq, yenə adını çəkdiyimiz rayonların küçələrində alver davam edir. Nəsimi rayonunda " 20 yanvar" metrostansiyasının ətrafında və " Şamaxinka" deyilən yerdə tozun- torpağın içində hər cür kənd təsərrüfatı məhsulları satılır.
Bu qanun pozuntusuna isə Post- Patrul və Çevik Polis Alayının əməkdaşları laqeyd yanaşır və nöqsanları sanki təkan verirlər. Yasamal rayonu ərazisində vəziyyət daha açınacaqlıdır. Məsələn , Bəxtiyar Vahabzadə kücəsində kənd təsərrüfatı məhsullarının yola yığılmasına görə hərəkət etmək mümkün deyil. Yasamal rayonunda fəaliyyət göstərən Çevik Polis Alayı bölüyünün əməkdaşları isə öz vəzifə borclarını icra edib , onlara qarşı yetərincə mübarizə aparmır.Metronun " Elmlər akademiyası" stansiyasının yaxınlığından Elmlər Akademiyasına gedən yolda vəziyyəti lap bərbaddır.
Burda hər cür mer- meyvə və kənd təsərrüfatı məhsulları satılır. Bura küçədən çox bazara oxşayır. Ordakı görüntülərin şəklində çəkdik. Baxın , görün bura küçədir, yoxsa bazar?! Polis əməkdaşları isə bu anları çox soyuqanlı müşahidə edirdi. Təəssüf, min təəssüf! Bax , belə ! Bizdən deməkdir. Nöqsanları aradan qaldırmaq isə əlaqədar qurumların vəzifəsidir.Gözləyək görək bu işlərin axırı necə olur!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Avqust 2026 14:18
Ödənişli xidmətlərlə bağlı VACİB XƏBƏR
24 Avqust 2026 12:39
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
24 Avqust 2026 10:22
“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”
24 Avqust 2026 10:22
“İki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyuluşları...”
24 Avqust 2026 09:38
Azərbaycanda kriptovalyuta ilə bağlı ilkə imza atıldı
23 Avqust 2026 22:46
Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır - İlham Əliyev
23 Avqust 2026 18:50
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif etdi
22 Avqust 2026 10:06


Bakı -°C

