Sükan arxasında yuxulayan sürücülər...
Elə bir gün olmur ki, respublikanın avtomobil yollarında, eləcək də Bakıda yol- nəqliyyat hadisələri baş verməsin və zaman ölənlər , xəsarət alanlar olmasın. Məhz buna görə də Baş Dövlət Yol Polisi İdarəsi bu hadisələrin qarşısının alınması üçün davamlı olaraq qabaqlayıcı tədbirlər görür.
Baş İdarənin Yol Patrul Xidməti Alayının əməkdaşları demək olar ki, sutkanın 24 saatı mütəmadi bu profilaktik işlərin həyata keçirilməsini təmin edir. Alayın 12- çi tağımın əməkdaşları Hacıqabul - Horadiz avtomobil yolunda hərəkətin təhlükəsizliyini bir qayda olaraq yüksək səviyyədə təmin etməyi bacarır. İlk növbədə onlar kobud qayda pozuntularının baş verməməsi, eləcə də bu qəbildən olan qayda pozuntularının qarşısının alınması istiqamətində bütün profilaktik tədbirlər kerçəkləşdırır. Sərxoş, yüksək sürətlə avtomobilləri idarə edən, qəza şəraiti yaradan , sürücülük hüququ olmadan sükan arxasında əyləşən, ötmə əməliyyatını pozan sürücülərə qarşı operativ tədbirlər görülür.
Amma bu o demək deyil ki, digər qayda pozuntularına qarşı mübarizə aparılmır,12- ci tağımın komandiri Namiq Əzizov nizam- intizamı sevən, başqalarından da bunu tələb edən peşəkar polis zabitidir. N. Əzizov deyir ki, hər səhər növbə qəbul ediləndə əməkdaşlarımızı təlimatlandırır, onlara deyirəm ki, hərəkət iştirakçıları ilə nəzakətlə, mədəni davransınlar.Onlardan komek istəyən insanlara kömək etsinlər. Dəfələrlə stasionar postumuzda avtomobilini saxlayıb bizdən kömək istəyən xəstə adamlar olub. Əməkdaşlarımız onlara ilkin yardım göstərilib və sonra isə təcili tibbi yardımı hadisə yerinə çağırıblar.
Həkimlər operativ posta gəlib və ağır vəziyyətdə olan xəstənin həyatını xilas ediblər. Onlar da polisi və həkimlərə öz təşəkkürünü bildirib.Bir sözlə, vətəndaş- polis münasibətləri yüksək səviyyədə təşkil edilib. Ona görə də , son vaxtlar xidmət apardığımız avtomobil yolunda ağır yol-nəqliyyat hadisələri azalıb. Bundan sonra da hərəkətin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri tağımın əməkdaşları yüksək səviyyədə yerinə yetirəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Fevral 2026 15:01
Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi
21 Fevral 2026 19:41
Avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb
20 Fevral 2026 11:14
"Şamaxinka"da ilk dəfə svetoforlar istifadəyə verildi - FOTO
20 Fevral 2026 09:10
Bəzi yollarda tıxac var
19 Fevral 2026 09:10
Bakının tıxaclı yolları - SİYAHI
18 Fevral 2026 15:09
Aeroport şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
18 Fevral 2026 09:21
Maşınını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə! - VİDEO
17 Fevral 2026 09:20


Bakı -°C

