Biz növbə gözləyə bilmirik...
Başqa millətləri deyə bilmərik, amma biz çox səbrsizik.
Və hətta o qədər səbrsizik ki, növbə də gözləyə bilmirik .Aramızda bəlkə də növbə gözləyənlər var, ancaq növbə gözləməyənlər növbə gözləyənlərdən dəfələrlə çoxdur. Adicə metroya düşüb, karımıza pul yükləyəndə tez növbədənkənar aparata yaxınlaşır və kartımızı yükləyirik! Yaxud da, marketdə kassada pul ödəyib, qəbz alanda, avtobusa və metro qatarına minənədə ağına- bozuna baxmadan özümüzü içəri dürtürük.
Ta düşünmürük ki, bizdən əvvəl nə qədər adam vardı.Başqa millətlər necə eləyir- eləsin, ancaq biz növbə gözləməyə öyrəşə bilmirik, ey qardaş! Hər gün xəstəxanalarda növbədir. Hamı da növbə gözləməkdən bezib. Biri üç saat növbə gözləyir, görürsən ki, ya həkim , ya da tibb bacısı tanışını camaatın arasında keçirib içəri salır. Kimsə də , narazılıq edəndə deyirlər ki, o adam xəstə deyil, elə belə yanımıza gəlib. Bax belə!
Emil Faiqoğlu
Digər Xəbərlər
16 Oktyabr 2026 12:26
Bu halda kranla görülən işlər dayandırılacaq
16 Oktyabr 2026 12:22
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
16 Oktyabr 2026 11:38
Azərbaycanda nə qədər işsiz var?
16 Oktyabr 2026 11:27
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16 Oktyabr 2026 11:17
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti azaldılır
15 Oktyabr 2026 20:12
Alyona Əliyeva beynəlxalq inklüziv məşğulluq konfransında - FOTOLAR
15 Oktyabr 2026 13:26
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıb
14 Oktyabr 2026 15:30


Bakı -°C

