Camaatın gözünə kül üfürməyin...
Bəzən bəzi qurumlar iş görmək əvəzinə görüntü yaradır və özlərini reklam edirlər.
Məsələn, Kənd Təsərrüfatı Nazirliyi hər həftənin şənbə və bazar günləri Bakıda bir neçə yerdə " Kənddən- şəhərə!" devizi altında kənd təsərrüfatı yarmarkaları keçirir. İyulun12- də tənbəllik etməyib , məlum qurumun " Gənclik" də təşkil etdiyi kənd təsərrüfatı yarmarkasına getdik. Bir - bir satılan məhsulların qiymətinə baxdıq.
8- ci Kilometr bazarı ilə müqayisədə burda çox bahalıq idi. Məsələn, qarğıdalının bir ədədi 50 qəpik, pomidorun kiloqramı 1 manat, kartof 80-90 qəpik, soğan 65 qəpik, xiyar 80 qəpik, qarpız 40 qəpik... Hansı ki, Yeni Günəşlidəki " Ballı" marketdə adını çəkdiyimiz məhsullar 10-15 qəpik ucuzdur. Yarmarkada məhsulların qiymətinə baxan Gülnaz Məmmədova dedi ki, qardaş bazarla müqayisədə burda çox məhsullar daha bahadır. Belə yarmarka bizə lazım deyil.
Elə ondansa gedib mənə lazım olan məhsullar bazardan alaram. Sadəcə buranı açanlar özləri qaz vurub , qazan doldurmaq istəyir və camaatın gözünə kül üfürürlər! Rəyini soruşduğumuz əksər alıçılar bu yarmarkadan narazılıq el di. Cəmi bir nəfər- Aybəniz Hüseynova razılıq etdi. O dedi ki, mənim bazara getməyə nə vaxtım , nə də fiziki gücüm var. Xəstə adamam , məcbur olub, baha da satsalar, buradan alış- veriş edirəm.
Allah əlacımı kəsib neynim?! Bax belə. " Gənclik" dəki yarmarka heç də ürəkaçan deyil. Yeni camaat bu yarmarkadan çox narazıdır. Ona görə də, Kənd Təsərrüfatı Nazirliyi ictimaiyyətin rəyinə nəzərə almalı, belə yarmarkalarda bazarla müqayisədə daha çox ucuzluq yaratmalıdır.Yoxsa camaat deyilənlərə yox, gördüklərinə inanır!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

