Mənim avtomobilim Şəbnəmkindən, Nəfəsinkindən bahadı...
İndi səsi olmayan və oxuya bilməyən müğənnilər özəl televiziya kanallarında at oynadırlar.
Çünki pulları var, bütün qapılar onların üzünə açıqdır. Özəl televiziyalara isə sənət yox, pul lazımdı...Və belələri də həmin kanallara pul verib, saatlarla ağızlarına gələni oxuyur və danışırlar.
Oxuduqları mahnıların nə sözləri, nə musiqisi, nə də ifaları yönnüdü... Bir neçə gün bundan əvvəl " Xəzər TV" nin " Həmin Zaur" proqramında efirə çıxan və heç bir istedadı , səsi , ifası ilə diqqəti cəlb etməyən və ancaq görünüşü , danışığı ilə tamaşaçıları təəccübləndirən Canan( əsil adı Gülnar) deyir ki, mənim avtomobilim Şəbnəminkindən, Nəfəsinkindən bahadır.
Biz görmüşük ki, mügənni səsi və yeni ifaları ilə yadda qalır. Amma belə müğənnilər masını və bahalı evləri ilə yadda qalmaq istəyirlər. Və bir də həm Şəbnəm, həm də Nəfəs( ifaları mənim xoşuma gəlməsələr də) Canandan daha yaxşı müğənnidirlər.
Eləcə də, hər iki ifaçı kütlə tərəfindən sevilir.Bax belə! Kimi tamaşanın yaddaşında gözəl səsi və ifası ilə yadda qalır, kim də boş- boş danışıqları ilə. Və bir də indi efirləri zəbt edənlərin 90 faizi 10 ildən sonra yaddan çıxacaq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Oktyabr 2026 23:23
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
02 Oktyabr 2026 20:24
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
02 Oktyabr 2026 15:27
"Gündə 5 dəfə yemək yeyirəm" - Monika Belluççi
02 Oktyabr 2026 13:51
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - VİDEO
01 Oktyabr 2026 19:34
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
01 Oktyabr 2026 13:32
Rəqsanə İsmayılova: “Sənə kim ixtiyar verir ki…”
01 Oktyabr 2026 12:02
Sahib İbrahimov: Bacarırsınızsa, mənə ağıl yox, hüzur verin”
01 Oktyabr 2026 12:01


Bakı -°C

