06 Avqust 2025 10:41
114
AVTOMABİL

Asta sür, maşını, amandı , sürücü!..

 Gətirdiyimiz sitat bir mahnının sözlərindəndir. Son vaxtlar bəzi sürücülərin məsuliyyətsizliyi və səhlənkarlığa üzündən respublikamızın avtomobil yollarında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verir.

Təbii ki, bu da həm yol polisini , həm də ictimaiyyəti çox narahat edir. Xüsusilə də, isti havalarda kondisionersiz avtomobillərdə mənzil başına getmək daha təhlükəlidir. Özü də son həftələrin istiləri lap adam öldürəndi. Belə isti havalarda bəzi sürücülər sükan arxasında, istirahət etmədən 15-16 saat əyləşir, uzaq səfərə çıxır və nəticədə yuxulayaraq ağır qəzalar törədirlər.Son vaxtlar yuxulayıb , avtomobil aşıran onlarlar yol-nəqliyyat hadisələri olub.

Heç şübhəsiz ki, belə hadisələr zamanı ölən və xəsarət alanlar da az deyil. Yol polisi sutkanın 24 saatı yollarda xidmət edir, maarifləndirmə  və təbliğat işləri aparır, stasionar postlarda sürücülər saxlayıb, isti hava şəraiti ilə bağlı xəbərdarlıq edir. Amma buna baxmayaraq, yenə sürücülərin məsuliyyətsizliyi üzündən ağır qəzalar baş verir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev bizimlə söhbətində bildirdi ki, isti havalarda bağlı olaraq biz sürücülərə öz tövsiyələtimizi verir, qabaqlayıcı tədbirlər həyata keçiririk! Aydındır ki, bu maarifləndirmə tədbirlərinin müsbət nəticələri də var.

Ancaq əfsuslar olsun ki, bəzi sürücülərin səhlənkarlığa üzündən yenə yol- nəqliyyat hadisələri qaçılmaz olur. Dəhşətli istilər davam edir . Bir daha sürücülərdən xahiş edirik ki, isti havalarda kondisionersiz avtomobillərdə səfərə çıxmasınlar. Yorulanda , yuxuları gələndə  stasionar postlarda avtomobilləri saxlasınlar, əl- üzlərini su ilə yusunlar və dincəlsinlər.Xüsusi ilə də sərnişin daşıyan avtomobil və avtobus sürücüləri yuxuları gələndə nəqliyyat vasitələrini saxlamalı və dincəlməlidir. Bir sözlə, sürücülər tövsiyələrimizə əməl etsələr,sükan arxasında yatmaz və ağır qəzalar törətməzlər!

Emil Faiqoğlu