Təhsil ekspertləri qiymət " oxuyur"...
Ali məktəblərə qəbulla əlaqədar olaraq abituriyentlərin avqustun 11- dən ixtisas seçimi başlayıb. Təbii ki, hər bir abituriyent də bu ixtisas seçimindən düzgün bəhrələnmək istəyir.
Bular hamisi təbiidir. Və ixtisas seçimində elə düzgün addım atmalısan ki, arzuladığın ali məktəbə qəbul ola biləsən. Ona görə də bu, seçimdə tələsmək və səbrsizlik etmək olmaz.Bəs onda abituriyentlər nə etməlidir! Aydındır ki, ixtisas seçimini ya onların özləri etməli, ya da təcrübəli təhsil işçilərindən kömək istəməlidirlər.
Amma əksər abituriyentlər özləri yox, təhsil işçilərinin və ekspertlərin yardımından istifadə edirlər. Burada da qiymətlər müxtəlif məbləğdədir. On il bundan əvvəl ixtisas seçimində mütəxəssislər 50- 100 manat civarında pul tələb edirlər. Amma indi isə bu məbləğ 150- 250 manata çatır.
Tanınmış təhsil ekspertləri onlara müraciət edənlərə bu qiymətləri " oxuyur"... Valideynlər isə onlarla razılaşır və dedikləri məbləği ödəyirlər. Bir ekspert 300- ə yaxın abituriyentin ixtisas seçimini edir.
Hətta bəzi ekspertlərin ofislərinin yanında uzun növbələr yaranır. İnsanlar elə bilirlər ki, o təhsil ekspertləri nə yazdısa, elə həmin ali məktəbə qəbul olacaqlar! Burada qazanan abituriyentlər deyil, insanlara qiymət oxuyan ekspertlərdir.Və bir də daha ucuz qiymətə ixtisas seçimində abituriyentlərə kömək göstərən təhsil işçiləri var! Sadəcə olaraq onları axtarıb tapmaq lazımdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
15 Sentyabr 2026 08:52


Bakı -°C

