Yol polisi valideynlərə çağırış etdi...

Son vaxtlar motosiklet, moped, velosiped və sukuderlətin istirakı ilə respublikanın avtomobil yollarında və Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.
Aydındır ki, bu faktlar cəmiyyəti narahat etməyə bilməz. Görunən odur ki, həmin nəqliyyat hadisələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etmirlər . Bəzi gənclər və yeniyetmələr isə motosiklet, velosiped, moped və sukuderlərdən əyləncə vasitəsi kimi istifadə edirlər.
Belə ki, onlar Bakıda yollara çıxır, təhlükəli manevrlər edir, hətta həmin nəqliyyat vasitələrində şou göstərirlər.Hələ bu da hamısı deyil. Bir çox gənclər isə motosikletin arxa oturacağında dostlarını əyləşdirir və bir - biri ilə ötüşürlər. Bu isə birmənalı olaraq ölum deməkdir.
Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücülərin valideynlərinə müraciət edərək belə hərəkətlərdən çəkindirmələrini xahiş edib. Hadisələr göstərir ki, bəzi gənclərin və yeniyetmələrin belə xoşgəlməz hərəkətləri cəmiyyət tərəfindən də qınanmalıdır. Çünki ictimai qınaq onları pis yoldan çəkindirə bilər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Övladlığa götürülən uşaqların sayı açıqlandı

İnternat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Keçmiş məcburi köçkünlər Mehriban xanım Əliyevanı təbrik edirlər - VİDEO
