“Rusiya həmin hərbçilərdən müharibədə istifadə etməyə çalışır”
Xəbər verdiyimiz kimi, Rusiyada hərbi xidmətə çağırış ilboyu davam edəcək. Bununla bağlı Rusiya Dövlət Duması qanun layihəsini qəbul edib. Bununla da Rusiyada yanvarın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırış olacaq.
Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiyanın qəbul etdiyi bu qərar daha çox öz vətəndaşlarının hərbi xidmətdən yayınması ilə əlaqədardır:
“Digər tərəfdən isə hazırda Rusiya ordusu Ukrayna cəbhəsində ciddi şəxsiyyət çatışmazlığı ilə qarşılaşıb. Əməliyyatlar zonasında döyüş vəzifələri yerinə yetirən rus ordusunun birlik, hissə və bölmələri ciddi sayda vakansiyalara malikdir və bu vakansiyaların komplektləşdirilməsi hazırda ciddi problemlər yaradır. Odur ki, Rusiya Ukraynadan kənarda yerləşən hərbi hissələri çağırışçılarla maksimum komplektləşdirmək, həmin hərbi hissələrdə mövcud olan çağırışçıları müddətdən artıq xidmət edən hərbi qulluqçular kimi daha uzun müddət xidmətdə saxlamağa və onlardan təbii ki, Ukraynadakı müharibədə istifadə etməyə çalışır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 15:06
“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
27 Dekabr 2025 14:00


Bakı -°C

